"Bizim ən böyük problemlərimizdən biri uçotla bağlıdır".
APA-nın məlumatına görə, bunu bu gün vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr edilmiş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" konfransında bildirib.
Vergilər nazirinin müavini deyib ki, Kənd Təsərrüfatı Nazirliyi, Statistika Komitəsi və digər dövlət qurumlarının uçotu uyğun gəlmir: "Biz bu sahədə problemi aradan qaldırmalıyıq. Biz dünyanın getdiyi şəffaflıq, düzgünlük yolunu seçmişik. Bu yol birtərəfli deyil, dövlət də, sahibkarlar da bu yolu getməlidir. Biz bu yolu seçmişik".