Rusiyanın “Qazprombank”ı Azərbaycanın “Azərkimya” İstehsalat Birliyinin yenidən qurulması işlərinə cəlb olunub.
“APA-Economics”nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, hazırda bu bank tərəfindən icra olunan layihələrin maliyyələşdirilməsi həyata keçirilir.
“Rusiya ilə maliyyə sektorunda əməkdaşlıq uğurla həyata keçirilir. Belə ki “Qazprombank”ın maliyyələşməsi ilə Sumqayıtda “SOCAR Polymer” zavodunun tikintisi artıq başa çatıb və əməkdaşlıq davam edir”, - deyə nazir qeyd edib.