Bu il Azərbaycanın Vergi Məcəlləsinə kiçik dəyişikliklər ediləcək.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
“Bizim mövqeyimiz belədir ki, Məcəllə tez-tez dəyişməsin. Qayda və qanunlar tez-tez dəyişəndə sahibkarlarda problemlər yaranır, onlar çaşırlar, bilmirlər. Bu sahədə sabitlik lazımdır”, - deyə S. Ələkbərov qeyd edib.
Nazir müavinin sözlərinə görə, bu il ciddi dəyişikliklər nəzərdə tutulmur: “Təbii ki, kiçik dəyişikliklər olacaq”.