Bank Of Baku

Vergilər Nazirliyi: Azərbaycanda bütün fəaliyyət sahələrində dövriyyələr şəffaflaşmalıdır

Vergilər Nazirliyi: Azərbaycanda bütün fəaliyyət sahələrində dövriyyələr şəffaflaşmalıdır
# 12 iyun 2019 11:00 (UTC +04:00)

Azərbaycanda bütün fəaliyyət sahələrində və ticarət obyektlərində dövriyyələrin şəffaflaşması baş tutmalıdır.

"APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə Vergilər nazirinin müşaviri Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, yaradılmış stimullar imkan verir ki, dövriyyələr daha çox könüllü formada şəffaflaşsın. Dövriyyələr şəffaflaşdıqca vergitutma bazası genişlənir və bu da daxilolmaların artması ilə nəticələnir.

"Eyni zamanda vergidən yayınma hallarına qarşı da öz tədbirlərimizi davam etdiririk", -  deyə X. Abdullayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR