Azərbaycan Vergilər Nazirliyi ölkədə məcburi nişanlanmalı olan malların ilkin siyahısını Nazirlər Kabinetinə təqdim edib.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
Onun sözlərinə görə, hazırda siyahı üzrə razılaşdırma işləri aparılır. Bu uzun proses bitəndən sonra siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.
“İlkin siyahına aksizli mallar nəzərdə tutulub (spirtli içkilər, tütün məmulatları), spirtsiz içkilər, xüsusilə bu energetik içkilərdi, dərman preparatları, su da daxildir . Sonradan bu siyahı yavaş-yavaş genişləndiriləcək”, - deyərək Ələkbərov qeyd edib.