Bank Of Baku

Vüsal Hüseynov "CEO Lunch Baku"nun fəxri qonağı olacaq

Vüsal Hüseynov "CEO Lunch Baku"nun fəxri qonağı olacaq
# 26 sentyabr 2019 14:54 (UTC +04:00)

Bu ilin oktyabrın 9-da Bakıda keçiriləcək “CEO Lunch Baku”nun fəxri qonağı Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov olacaq.

Bu barədə “APA-Economics” “Caspian European Club”a istinadən xəbər verir.

“Birillik əməkdaşlıq dövründə birgə işçi qrupu çərçivəsində biz Dövlət Miqrasiya Xidmətindəki həmkarlarımızla dəfələrlə biznes nümayəndələrini maraqlandıran və narahat edən məsələləri və təklifləri müzakirə etmişik. Əminəm ki, bu dialoq tərəfimizdən təşkil olunan "CEO Lunc Baku" çərçivəsində də davam etdiriləcək və şirkətlər onları maraqlandıran suallara cavab tapacaqlar”, - deyə “Caspian European Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib.

Qeyd edək ki, “CEO Lunch” işgüzar ünsiyyət üçün unikal platformadır. Tədbir çərçivəsində yaradıcı ziyalılar, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.

Azərbaycan, Gürcüstan və Qazaxıstanda hər ay keçirilən “CEO Lunch” dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulmasında aparıcı vasitə olmaqla yanaşı, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır. 

“CEO Lunch Baku”a qeydiyyat üçün www.caspianenergy.org saytına daxil olmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR