Bank Of Baku

“Azersun Holding”: Abdolbari Gözəlin “Milyarderlər İttifaqı”na üzv olmağa çalışması ilə bağlı məlumatlar tamamilə yanlışdır

“Azersun Holding”: Abdolbari Gözəlin “Milyarderlər İttifaqı”na üzv olmağa çalışması ilə bağlı məlumatlar tamamilə yanlışdır
# 02 aprel 2013 09:14 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. “Abdolbari Gözəlin “Milyarderlər İttifaqı”na üzv olmağa çalışması ilə bağlı məlumatlar tamamilə yanlışdır və o, Heydər Əliyev yoluna sadiqdir”. Bunu jurnalistlərə açıqlamasında “Azersun Holding”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərov bildirib.

 

Onun sözlərinə görə, A.Gözəl xeyriyyəçi və iş adamı olmaqla yanaşı, ilk növbədə sədaqətli insandır və dostlarına həmişə sadiq olub: “Onun dostluqlarının tarixçəsi 30-40 ilə söykənir. Abdolbari Gözəl Heydər Əliyevlə də uzun müddətdən bəri dost olub və Azərbaycana investisiya yatırmasının səbəblərindən biri də bu dostluqdur. Onun maliyyə imkanları və təcrübəsi dünyanın istənilən ölkəsində biznes fəaliyyəti qurmağa və genişləndirməyə imkan verir. Heydər Əliyev yolundan dönmək Gözəlin əlifbasında yoxdur”.

 

A.Səfərov qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda hər seçkiqabağı müxtəlif təşkilatlar, ittifaqlar yaradılır: “Amma “Azersun Holding” ailəsi Abdolbari Gözəl başda olmaqla Heydər Əliyev irsinə sadiqdir və bu sədaqət növbəti seçkilərdə də özünü göstərəcək. Holdinq ətrafında birləşən insanlar zəhmətkeş, əli qabarlı, halal zəhmətlə dolanan və sədaqətli insanlardır. Belə insanların verdiyi səs cənab prezident üçün hansısa milyarderin verdiyi səsdən qat-qat əhəmiyyətlidir”.

 

A.Səfərov Abdolbari Gözəlin Söyün Sadıqovla görüşməyə cəhd etməsi barədə məlumatları da təkzib edib: “Abdolbari Gözəl Azərbaycanın dövlət maraqlarını müdafiə etmək üçün Putinlə də görüşə bilər. Lakin onun dünən ortaya çıxan adamla görüşməyə can atması gülüncdür və təxəyyülün məhsuludur”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR