Bank Of Baku

“Holcim (Azərbaycan)” dilerlərlə görüşlər keçirir

“Holcim (Azərbaycan)” dilerlərlə görüşlər keçirir
# 11 iyun 2013 07:30 (UTC +04:00)

Bakı – APA-Economics. İqtisadi artım və davamlı inşaat öhdəliklərini nəzərə alaraq ölkədə tikinti sektorunun vəziyyəti və sement məhsullarına olan tələbatın təhlilinin aparılması onəmlidir.

 

APA-Economics”in xəbərinə görə, bununla əlaqədar “Holcim (Azərbaycan)” şirkətinin əməkdaşları Bakı, Qəbələ, Gəncə, Quba və Şirvanda bütün ölkəni əhatə edən dilerlərlə silsilə görüşlər təşkil edir. Görüşlərdə əsas istehsal olunan sement növləri və istifadə qaydaları ilə yanaşı, dilerlərin rəy və təklifləri öyrənilir.

 

100 ildən artıq təcrübəyə əsaslanaraq “Holcim” şirkəti bu tip görüşləri keçirməklə eyni zamanda sement satışı ilə məşğul olan biznes qurumlarının fəaliyyətini daha səmərəli etmək üçün Avropa satış üsulları və təcrübələrini də paylaşıb. Daha sonra dilerlər tərəfindən səsləndirilən suallar “Holcim (Azərbaycan)” şirkətinin kommersiya direktoru tərəfdən cavablandırılıb. “Holcim (Azərbaycan)” ASC etibarlı tərəfdaş olaraq davamlı əməkdaşlıq zəminində, hər zaman müştərilərin yanında olur, ehtiyaclarını öyrənərək onlara dəstək olur.

 

Dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən Holcim şirkətində 80.000-dən çox əməkdaş çalışır. Şirkət dünyanın aparıcı sement, doldurucu (qırmadaş, çınqıl və qum), həmçinin hazır beton və asfalt təchizatçısıdır. 1999-cu ildən “Holcim” iqtisadi artım, ekoloji tarazlıq və sosial inkişaf məsələləri üzrə ixtisaslaşan Davamlı İnkişaf üçün Dünya Biznes İttifaqının (DİDBİ) üzvüdür. 2000-ci ildə sement sənayesində davamlı inkişafla bağlı maneələrin aradan qaldırılmasına yardım etmək məqsədilə “Holcim” “Sement sənayesi üzrə Davamlılıq Təşəbbüsünü” irəli sürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR