Bank Of Baku

“Qazax Konserv Zavodu” müxtəlif çeşidli kartof məhsullarının istehsalına başlayır - FOTO

“Qazax Konserv Zavodu” müxtəlif çeşidli kartof məhsullarının istehsalına başlayır - <span style="color: red;">FOTO
# 02 fevral 2013 11:57 (UTC +04:00)

 

Bakı-APA. “Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən “Qazax Konserv Zavodu”nda yeni kartof məhsulları istehsal xətti quraşdırılır. APA-nın məlumatına görə, zavodda cipsi, donmuş kartof, fast-foodlar üçün frenç-frayz  istehsal ediləcək.

 

Yüksək istehsal potensialına malik, Avstraliya istehsalı olan son dərəcə müasir avadanlıqlar vasitəsilə kartofun yuyulması, soyulması dilimlənməsi və qızardılması prosesləri tam əhatə olunur. İnsan əli dəymədən aparılan bu proseslər yüksək keyfiyyətli istehsalın təminatçısı olacaq. Zavod xammalını yerli əkinçilərdən təmin etməyi planlaşdırır. Bu da bölgədəki fermerlərin gəlirlərinin artmasına və kartofçuluğun inkişafına mühüm töhfə olacaqdır. “Azərsun Holdinq” kartofçuluq üzrə ixtisaslaşmış bölgələrdə yüksək keyfiyyətli və məhsuldar kartof növlərinin becərilməsi üçün geniş maarifləndirmə işləri aparacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR