Bank Of Baku

«Bazarstore» marketlərinin sayı 3 dəfə artırılacaq

«Bazarstore» marketlərinin sayı 3 dəfə artırılacaq
# 12 fevral 2013 12:46 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın ən böyük super-marketlər şəbəkələrindən biri olan «Bazarstore» ölkədəki mağazalarının sayını 3 dəfə artırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında «Bazarstore»nin daxil olduğu «Azersun Holding»in prezidenti Abdolbari Goozal bildirib.

 

Onun sözlərinə görə, şəbəkəyə daxil olan mağazaların sayı 19-a çatdırılacaq: «Mağazalar təkcə Bakıda deyil, ölkənin müxtəlif bölgələrində də olacaq. Bunlardan 8-10-u Bakıda, qalanı isə rayonlarda yerləşəcək».

 

Qeyd edək ki, hazırda «Bazarstore» marketləri Bakı şəhərinin 6 nöqtəsində - Xətai rayonu, «Gənclik» metro stansiyası yaxınlığında, «Şüvəlan Park», «Aygun City», «28 Mall», «Park Bulvar» ticarət mərkəzlərində fəaliyyət göstərir. Yaxın vaxtlarda Sumqayıt şəhərində və Badamdar qəsəbəsində yeni super-marketlərin açılması nəzərdə tutulur.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR