Bank Of Baku

«Iteca Caspian» şirkəti bu il Azərbaycanda 20-dən artıq sərgi keçirəcək

«Iteca Caspian» şirkəti bu il Azərbaycanda 20-dən artıq sərgi keçirəcək
# 10 yanvar 2013 14:39 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Azərbaycanda 20-dən artıq sərgi keçiriləcək.

 

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ənənəvi sərgilərlə yanaşı, 2013-cü ilin aprel ayında «Iteca Caspian»ın yeni layihəsi – Xəzər beynəlxalq «Su texnologiyaları» sərgisi və forumu («CATEF-2013») təşkil olunacaq. Ənənəvi «BakuTel» telekommunikasiya sərgisi isə elan edilmiş tarixdən əvvəl, yəni 2013-cü ilin sentyabrın 25-28-də keçiriləcək.

 

«Növbəti sərgi ilinin əhəmiyyətli hadisələrdən biri də Azərbaycanda ilk ixtisaslaşdırılmış beynəlxalq sərgi və konfransın – «Xəzər Neft və Qaz, Neft emalı və Neft-kimyası» («Caspian Oil and Gas») sərgisinin 20 illik yubileyi olacaq. Bu əlamətdar tarix üçün təşkilatçılar tərəfindən xüsusi tədbirlər proqramı hazırlanıb», - deyə «Iteca Caspian» şirkətindən bildirilib.

 

Azərbaycanda sərgilər 2013-cü ilin aprel ayından etibarən yenidən öz işinə başlayacaq.

 

Ötən il Azərbaycanda keçirilmiş sərgilərə gəldikdə isə, 2012-ci ildə ölkədə 20 ixtisaslaşdırılmış sərgi, o cümlədən 2 debüt (Xəzər beynəlxalq «Qablaşdırma, tara, etiket və poliqrafiya» («IPACK Caspian») və Azərbaycan beynəlxalq «İdman, İdman ləvazimatı və Geyimi» («SportExpo Azerbaijan»)) sərgi təşkil olunub.

 

«Ötən il sərgilər müsbət dinamika nümayiş etdirib. Belə ki, sərgi iştirakçılarının və ziyarətçilərinin sayı əvvəlki illərlə müqayisədə 40% çox olub. Bütövlükdə isə 2012-ci ildə keçirilmiş sərgilərdə 1 767 iştirakçı-şirkət və 60 mindən artıq ziyarətçi iştirak edib. Yerli şirkətlərin stendləri ümumi ekspozisiya sahəsinin demək olar ki 50%-ni tutub. Sərgilərin səmərəliliyini sübut edən faktlardan biri də budur ki, sərgilər başa çatandan dərhal sonra iştirakçıların əksər hissəsi, yəni həm yerli, həm də xarici şirkətlər 2013-cü ildə keçiriləcək sərgilərdə iştirak etmək üçün özlərinə əvvəlcədən yer sifariş edib», - deyə «Iteca Caspian»dan bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR