Bank Of Baku

«Life Market» ticarət şəbəkəsində keçirilən stimullaşdırıcı lotereyanın dayandırılması barədə göstəriş verilib

«Life Market» ticarət şəbəkəsində keçirilən stimullaşdırıcı lotereyanın dayandırılması barədə göstəriş verilib
# 07 fevral 2013 08:43 (UTC +04:00)

Komitədən «APA-Economics»ə verilən məlumata görə, QKDK «Lotereyalar haqqında» qanuna və öz əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.

 

QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində «Bellfood» MMC tərəfindən «Life Market» ticarət şəbəkəsində «Life Marketdən Bolluca Hədiyyələr» adlı stimullaşdırıcı lotereyanın qanunsuz təşkili aşkar edilib və keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verilib.

 

Komitə «Life Market» ticarət şəbəkəsində keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirakla bağlı diqqətli olmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR