Bakı. Əli Əhmədov – APA-Economics. Dünyanın ən böyük fast-fud restoranlar şəbəkəsi olan «McDonald's» şirkəti son 9 ildə ilk dəfə olaraq satış həcminin azaldığını elan edib.
«APA-Economics»in BBC-yə istinadən verdiyi məlumata görə, «McDonald's»ın bütün dünya üzrə satış həcmi oktyabrda təqribən 2% aşağı düşüb. Şirkət populyarlığının azalmasını dünya iqtisadiyyatındakı əlverişli olmayan vəziyyət və rəqabətin artması ilə izah edir. «McDonald's»ın əsas rəqibləri olan «Burger King» və «Wendy's» şəbəkələri isə son vaxtlar menyunu zənginləşdirir və televiziya reklamının keyfiyyətinin artırılmasına üstünlük verir.