Komitədən «APA-Economics»ə verilən məlumata görə, araşdırma zamanı müəssisəyə verilmiş tələbnamələrin tam icra olunmadığı, aprelin 11-dən istehsalı və satışı qadağan olunmuş biskvitli-kremli tort və pirojnaların istehsalının dayandırılmadığı və satışı aşkar olunub: «Həmçinin, dövlət nəzarəti tədbirləri zamanı restoranda istehlakçılara təqdim olunan yeməklərin hazırlanmasında ölkəmizdə istehsal olunan ətlərlə yanaşı, Braziliyadan idxal olunan «Friboy» nişanlı uyğunluq sertifikatı olmayan dondurulmuş mal ətindən istifadə olunduğu müəyyən edilib», - deyə məlumatda bildirilir.
Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq fiziki şəxs N.Qədirov barəsində İnzibati Xətalar Məcəlləsinin 317.2 maddəsinə əsasən inzibati protokol tərtib edilib, məhsulların istehsalının dayandırılması barədə müəssisə rəhbərinə bir daha xəbərdarlıq edilib, inzibati xəta haqqında qərara əsasən müəssisə rəhbəri 5 000 manat cərimə edilib.