Bank Of Baku

ABŞ-da Azərbaycandakı biznes imkanları ilə bağlı təqdimat keçirilib

 ABŞ-da Azərbaycandakı biznes imkanları ilə bağlı təqdimat keçirilib
# 14 oktyabr 2013 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Çikaqoda (ABŞ) DeVray Universitetinin Keller adına Menecment ixtisasartırma məktəbində «Mərkəzi Asiyada yeni marketinq imkanlarının araşdırılması» mövzusunda dəyirmi masa keçirilib.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, Mərkəzi Asiyada Məhsuldarlıq üzrə Araşdırma Mərkəzinin və DeVray Universitetinin birgə təşkil etdiyi tədbirdə Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkiyə və Özbəkistandan ekspert və nümayəndələr iştirak ediblər. Tədbirin əsas məqsədi ixraca və bazara yeni çıxan şirkətlərə dəstək verməkdir.

 

Tədbirdə Azpromo-nun ABŞ-dakı nümayəndəsi Elşən Baloğlanov «Azərbaycanda biznes fəaliyyəti: imkanlar və perspektivlər» mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanla əməkdaşlığa hazır olan ABŞ şirkətləri üçün maraq kəsb edən sənaye sahələrindən söz açıb. E.Baloğlanov ərzaq və içki məhsulları, o cümlədən şərab və konyak içkilərinin Azərbaycandan idxalı üçün mövcud şərtlərdən danışıb.

 

Tədbirdə həmçinin, bazarın müxtəlif seqmentlərinin dövlətlərarası maliyyələşdirilməsi, avadanlığın ixracı və ya ona kapital qoyuluşu, kənd təsərrüfatı sahələri üçün sığorta xidmətləri, Azərbaycanın regionlarında aqrar xidmətlərin təşkili, kiçik kənd təsərrüfatı istehsalçıları və emal müəssisələrinin dəstəklənməsi layihələrinin həyata keçirilməsi kimi sahələrdə ABŞ şirkətləri üçün perspektivlər barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR