Bakı – APA-Economics. Azərbaycanda regionun ən nəhəng tikinti-investisiya layihəsini - "Khazar Islands"ı reallaşdıran "Avesta" Konserni müxtəlif sahələrə olduğu kimi, ölkənin idman sektoruna da töhfəsini verir.
Konsernin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, şirkət son illər Azərbaycanda müasir şəhər həyatında sağlam həyat tərzinin simvollarından birinə çevrilmiş futzal sahəsinin inkişafına dəstək verməyi qərara alıb.
Bir qədər əvvəl "Avesta" konserninə məxsus olan “Khazar Islands” futzal klubu təsis edilib. Klubun maddi-texniki bazası və maddi ehtiyacları şirkət tərəfindən təmin edilir. Konsern rəhbərliyi “Khazar Islands” futzal klubunun qarşısına ciddi məqsədlər qoyub. Bunlardan ən önəmliləri komandanın bu mövsümün sonunda “Super Liqa”ya vəsiqə qazanması və gələcəkdə Azərbaycan yığmasına layiqli futzalçılar bəxş etməsidir.
Artıq “Khazar Islands” futzal üzrə ölkə çempionatının I divizionunda çıxışlarına start verib və ilk oyunda qələbə qazanıb.