Bank Of Baku

Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinin vaxtı noyabr ayına keçirilib

 Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinin vaxtı noyabr ayına keçirilib
# 23 iyul 2013 08:53 (UTC +04:00)

Sərginin əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətindən APA-ya verilən məlumata görə, tibb və səhiyyə sahəsində regionun yeganə ixtisaslaşdırılmış tədbiri olan BIHE sərgisi hökumət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, təcrübə keçən həkimlər və tibb sənayesi mütəxəssislərinin mühüm görüş meydançasına çevrilib. «BIHE sərgisinin Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiya, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən dəstəklənməsi sərginin yüksək statusunu sübut edir», - deyə sərginin Təşkilat Komitəsindən bildirilib.


Sərgiyə həm xarici, həm də yerli şirkət və təşkilatların göstərdikləri maraq artıq hazırkı mərhələdə sərgi ekspozisiyasının ötən il ilə müqayisədə 20% artacağını proqnozlaşdırmağa imkan verir. BIHE sərgisi ənənəvi olaraq tibbi məhsul və xidmətlərin geniş spektrini təqdim edir. Burada tibb və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, istifadə (sərfiyyat) materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnologiyalı diaqnostika və müalicə metodları, səmərəli texnologiya və xidmətlər, tibbi texnika və s. nümayiş olunacaq.


BIHE sərgisi ilə paralel, həmin tarixlərdə daha iki tədbir - VIII Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və VII Azərbaycan Beynəlxalq Gözəllik və Estetik tibb Sərgisi keçiriləcək.

 

Builki sərgidə Azərbaycan, Belarus, Almaniya, Türkiyə, ABŞ, İtaliya, Rusiya, Ukrayna və digər ölkələrdən olan şirkətlər iştirak edəcək. Sərgiyə qoşulan Çexiya ilk dəfə olaraq öz milli ekspozisiyası ilə çıxış edəcək. Türkiyənin klinikaları bu il növbəti dəfə sərgidə iştirak edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR