Bank Of Baku

Azərbaycanda bu il sahibkarlara 247 mln. manat güzəştli kredit verilib

 Azərbaycanda bu il sahibkarlara 247 mln. manat güzəştli kredit verilib
# 18 oktyabr 2013 13:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə Qobustan rayonunun Cəyirlli kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbir keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə 43 sahibkarlıq subyektinə 494,5 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 70-dən çox yeni iş yerinin açılmasına imkan verir.

 

Tədbirdə iştirak edən sahibkarlarla Qobustanın iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, cins heyvandarlıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və digər metodiki materiallar təqdim edilib.

 

SKMF-in şöbə müdiri Samir Hümbətov bildirib ki, bu ilin ötən dövrü ərzində Fond tərəfindən respublika üzrə sahibkarlıq subyektlərinin 3 600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 247,2 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 10 mindən çox iş yerinin yaradılmasına imkan verir.

 

Diqqətə çatdırılıb ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 035 investisiya layihəsinin maliyyələşdirilməsinə 39,1 mln. manat güzəştli kredit verilib. Bu kreditlər 4 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR