Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlara 165 sayda xüsusi razılıq (lisenziya) verilib və 87 250 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.
Xidmətdən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə indiyədək 1 793 xüsusi razılıq (lisenziya) verilib və 898 700 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib. Bundan başqa, sahibkarlar tərəfindən təqdim edilmiş ərizələr ilə əlaqədar, müvafiq fəaliyyət növü ilə məşğul olmaq üçün verilmiş 250 sayda xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb, 62 sayda xüsusi razılıq (lisenziya) ləğv edilib.