Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 9-da Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Litva biznes forumu keçiriləcək.
«APA-Economics»in Azpromo-ya istinadən verdiyi məlumata görə, tədbirdə təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, suyun təmizlənməsi, avtomobil daşımaları, logistika, ticarət üçün avadanlıq istehsalı, avtomobil hissələrinin satışı və digər sektorları təmsil edən Litva sahibkarları, həmçinin Klaypeda Azad İqtisadi Zonasının nümayəndələri iştirak edəcəklər.