Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Azərbaycanın ixracatçı şirkətləri üçün «Bazar tədqiqatları» mövzusunda seminar keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azpromo-nun məlumatında deyilir.
Seminarda emal olunmuş meyvənin (fındıq, meyvə şirələri, mürəbbə və s.) ABŞ, Avropa Birliyi və Rusiya bazarlarına ixracı, bu istiqamətdə bazar tədqiqatlarının aparılması, yeni bazarların müəyyən edilməsi və onlarla biznes əlaqələrinin yaradılması mövzularında təqdimatlar keçirilib.
Təqdimatlar Böyük Britaniya, Şimali İrlandiya və ABŞ-dan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılıb, iştirakçılara sertifikatlar təqdim olunub.