Bank Of Baku

Bu il Azərbaycanda 2 424 sahibkara 194,4 mln. manat həcmində güzəştli kreditlər verilib - APA TV

 Bu il Azərbaycanda 2 424 sahibkara 194,4 mln. manat həcmində güzəştli kreditlər verilib - <span style="color: red;">APA TV
# 19 iyul 2013 14:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbirini Lerik rayonunun Günəşli kəndində keçirib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.

 

Tədbirdən əvvəl Lerik rayonunun Piran kəndində güzəştli kredit ayrılmış quşçuluq fabrikinin fəaliyyətinə və bu fabrikdə yeni istehsal sahəsində aparılan tikinti işlərinə, müasir çörək zavodunun fəaliyyətinə baxış keçirilib.

 

Sonra SKMF tərəfindən Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və rayonda prioritet hesab olunan kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

 

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Şirzad Abdullayev 2013-cü ilin ötən dövrü ərzində SKMF-in vəsaitləri hesabına 2 424 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 194,4 mln. manat güzəştli kredit verildiyini bildirib. Bu kreditlərin reallaşdırılması 7 850-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, Lənkəran iqtisadi rayonunda indiyədək sahibkarlıq subyektlərinin 1 430-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla  66,1 mln. manat güzəştli kredit verilib.

 

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Lerik və ətraf rayonlarda fəaliyyət göstərən 64 sahibkara 426 min manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması nəticəsində 80-ə yaxın yeni iş yerinin yaradılması mümkün olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR