Bank Of Baku

® Rusiyalı iş adamları «Caspian Coast Winery & Vineyards» MMC-nin fəaliyyəti ilə yaxından tanış olub - FOTO

<font color=red>® </font> Rusiyalı iş adamları «Caspian Coast Winery & Vineyards» MMC-nin fəaliyyəti ilə yaxından tanış olub - <span style="color: red;">FOTO
# 11 oktyabr 2013 09:00 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, məqsəd rusiyalı biznes tərəfdaşları «Caspian Coast Winery & Vineyards» şirkətinə aid zavod və üzümlüklərlə, eləcə də məhsullarla yaxından tanış etmək, mövcud əməkdaşlıqları daha da möhkəmləndirmək, yeni tərəfdaşlıqlar qurmaqla Azərbaycanın şərabçılıq ənənələrinin ölkə hüdudlarından kənarda da layiqincə təmsil olunmasına töhfə verməkdir.

 

Qısamüddətli səfər çərçivəsində Rusiyanın 30-a yaxın şirkətindən olan 50 nəfərlik nümayəndə heyəti «Caspian Coast Winery & Vineyards» şirkətinin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün Siyəzəndə yerləşən üzümlüklərə baş çəkib, şirkət rəhbərliyi ilə görüşlər keçirib, təqdimatlar dinləyib, üzüm yığımı mərasimində iştirak ediblər. Səfərin qeyri-rəsmi hissəsi zamanı isə qonaqlar üçün paytaxt gəzintisi təşkil olunub, dövlət rəsmilərinin və «Caspian Coast Winery &Vineyards» MMC-nin yerli distribütoru olan “Trade.az” şirkəti nümayəndələrinin də iştirakı ilə axşam ziyafəti verilib.

 

"Rusiyalı müştərilərimizin ölkəyə səfəri Azərbaycanın şərabçılıq ənənələrinin xaricdə də tərənnüm edilməsi baxımından çox önəmlidir. Səfər çərçivəsində qonaqlarımız məhsullarımızla yaxından tanış olmaq, bazara yeni təqdim edilən brendləri tanımaq, ilk dəfə məhsul verən üzümlüklərdəki məhsuldan hazırlanan cavan şərabı yerindəcə dequstasiya etmək imkanı əldə etdilər. Əminəm ki, qonaqlarımızın qısamüddətli səfər çərçivəsində yaşadıqları təəssüratlar ikitərəfli əməkdaşlığımızın daha sıx inkişafına danılmaz töhfə verəcək," - deyə «Caspian Coast Winery & Vineyards» MMC-nin direktoru Marçel Kolebaba qeyd edib.

 

Xatırladaq ki, «Caspian Coast Winery & Vineyards» MMC “Synergy Group” ASC-nin üzvüdür. Qrup Azərbaycanda şərabçılıq ənənələrinin bərpası üçün əhəmiyyətli yatırım edərək Siyəzən şərab zavodunu 2010-cu ildə yenidən qurub və ən qabaqcıl beynəlxalq standartlara uyğun istehsal prosesi təşkil edib. Zavodun nəzdində yenidən bərpa olunmuş üzümlüklər kənd təsərrüfatı istehsalının inkişafı və müasirləşdirilməsi istiqamətində “Synergy Group” ASC-nin investisiya strategiyasının mühüm bir hissəsidir.

 

"Caspian Coast Winery & Vineyards" MMC-nin Həmya vadisindəki 119 ha üzümlük ərazidə qırmızı şərab növünə aid olan "Cabernet-Franc", "Cabernet-Sauvignon", "Syrah", "Saperavi", "Merlot" və ağ şərab növünə aid olan "Rkatsiteli", "Gewurztraminer", "Sauvignon", "Chardonnay", "Muscat" olmaqla üzüm sortları yetişdirilir.

 

"Caspian Coast Winery & Vineyards" MMC 21 növ şərab və artıq 4 növ konyak istehsal edir. Müasir Avropa avadanlıqları ilə qurulan zavod ildə 8000 ton üzüm emalı gücünə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR