Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Noyabrın 18-21-də Əl-Küveyt şəhərində (Küveyt) «Harada sərmayədarlar ixtiraçılarla görüşür» adlı VI Beynəlxalq Sərgi keçiriləcək.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Küveyt Əmirliyinin dəstəyi və Küveyt Təhsil Klubunun təşkilatçılığı ilə keçiriləcək sərgidə müxtəlif innovasiyalar, yeni ideyalar, ixtiralar və kəşflər sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur.
Sərgi haqqında daha ətraflı məlumatı Küveyt Təhsil Klubundan (tel: +965 22247550; faks: +965 22247551; e-mail: [email protected]) əldə etmək olar.