Bank Of Baku

® "Synergy Group" Azərbaycanda yeni zavodun tikintisinə başlayıb

<font color=red>® </font> "Synergy Group" Azərbaycanda yeni zavodun tikintisinə başlayıb
# 12 avqust 2013 10:00 (UTC +04:00)

Zavoddan “APA-Economics”ə verilən məlumata görə, inşaatda müasir dizayn, layihələndirmə və tikinti təcrübəsini ölkəmizdə tətbiq edən, daim innovativ texnologiyalarla müştəri məmnuniyyətini təmin etməyə çalışan "Synergy Group" bu zavodun inşası ilə bir yeniliyə daha imza atmağa iddialıdır.

 

Lifli sement keyfiyyətli və rəqabətə davamlı tikinti materialları, dam örtüyü, fasad örtüyü kimi istifadə olunan lövhələrin istehsalı, daxili arakəsmə və interyerdə geniş tətbiq imkanları verir. Sözügedən məhsul xərçəng yaratma təhlükəsi olan asbest materialını əvəz edə bilər. Zavodun tam təhvil verilməsi 2015-ci ilin əvvəlinə planlaşdırılır.

 

Qeyd edək ki, "Synergy Group" ASC yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmayə qoymaqla həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına töhfə verir. Qrupa 24 müxtəlif inkişafyönümlü şirkət daxildir və burada ümumilikdə 900-dən çox müxtəlif profilli mütəxəssis çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR