Bank Of Baku

Ağstafa rayonunda sahibkarlar üçün treninqlər keçirilib

Ağstafa rayonunda sahibkarlar üçün treninqlər keçirilib
# 08 fevral 2013 15:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Ağstafa rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün treninqlər keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzusunda keçirilmiş treninqdə biznes ideyanın formalaşması, biznes planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalının, satışının və reklamın təşkili və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

 

“Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” adlı treninqdə isə “Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları” mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumatlar verilib.

 

Bununla yanaşı, tədbirlərdə iştirakçılar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR