Bank Of Baku

Ağsu rayonunda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Ağsu rayonunda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 23 yanvar 2013 12:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağsu rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

 

SKMF-dən «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələrə əsasən bağçılıq (nar, üzüm və s.) təsərrüfatlarının yaradılması daxildir. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

 

Bu gündən etibarən sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilərlər. Əlaqə telefonu: (+994 12) 434-74-29.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR