Bank Of Baku

Aktau şəhərinin akimi Edil Janbırşin: «Qazaxıstan Azərbaycanla ticarət dövriyyəsinin artırmasında maraqlıdır»

Aktau şəhərinin akimi Edil Janbırşin: «Qazaxıstan Azərbaycanla ticarət dövriyyəsinin artırmasında maraqlıdır»
# 17 aprel 2013 09:47 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Qazaxıstan Azərbaycanla ticarət dövriyyəsinin həcmini artırmaqda maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Qazaxıstanın Mangistau vilayətinin Aktau şəhərinin akimi Edil Janbırşin bildirib.


Onun sözlərinə görə, 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 450 mln. ABŞ dolları təşkil edib, lakin potensial böyükdür və Qazaxıstan Azərbaycanla ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlıdır: «Biz energetika, logistika, ərzaq təhlükəsizliyi, yaşıllaşdırma, tullantıların emalı və s. sahələrdə əməkdaşlığı genişləndirə bilərik ki, bu da öz növbəsində iki ölkə arasında mövcud ticarət əlaqələrinə müsbət təsir göstərəcək».
 

E.Janbırşin Aktaunun investisiya potensialına toxunaraq, Azərbaycan sahibkarlarını Aktau şəhərində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırmağa dəvət edib və bildirib ki, hazırda Aktauda 100-ə yaxın Azərbaycan şirkəti Qazaxıstan şirkətləri ilə birgə fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR