Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 18-19-da Azərbaycan nümayəndə heyəti Aktauya (Qazaxıstan) səfər edəcək.
«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev rəhbərlik edəcək. Səfər çərçivəsində Azpromo tərəfindən Aktau şəhərində Qazaxıstan-Azərbaycan biznes forumunun keçiriləcəyi gözlənilir.
Azərbaycan nümayəndə heyətinin tərkibində biznes forumda iştirak etmək istəyən iş adamları Azpromo-ya müraciət edə bilər.