Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanın özəl sektoru ilə də əməkdaşlıqda maraqlıdır

Asiya İnkişaf Bankı Azərbaycanın özəl sektoru ilə də əməkdaşlıqda maraqlıdır
# 13 dekabr 2012 14:27 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda özəl sektorda layihələrin maliyyələşdirilməsində maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

 

Onun sözlərinə görə, 2012-ci il ərzində AİB Azərbaycanın özəl sektorunda heç bir layihə maliyyələşdirməyib və əməliyyat aparmayıb: «Buna baxmayaraq, biz Azərbaycanın özəl sektorunda iştirakda maraqlıyıq və hazırda bu istiqamətdə araşdırmalar aparılır. Bura təkcə bank deyil, özəl sektorun digər sahələri də daxildir».

 

O.Noroyono həmçinin bildirib ki, AİB-in dövlət və özəl sektorlarda Azərbaycanla əməkdaşlığı bir qədər fərqlənir və özəl sektorla əməkdaşlıq üçün hazırlıq bir qədər vaxt aparır: «Azərbaycanın özəl sektoru bizim üçün vacibdir və biz bu sahənin inkişafında maraqlıyıq».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR