Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı Bakıda strateji planlaşdırma üzrə təlim keçirir

Avropa Yenidənqurma və İnkişaf Bankı Bakıda strateji planlaşdırma üzrə təlim keçirir
# 20 fevral 2013 10:34 (UTC +04:00)

 

Bakı. Viktoriya Dementyeva – APA-Economics. Bakıda biznes strateji planlaşdırma üzrə təlim keçirilir.

 

APA-nın məlumatına görə, təlim Avropa Yenidənqurma və İnkişaf Bankın (AYİB)  Biznes Məsləhət Xidmətləri proqramı çərçivəsində təşkil olunub.

 

Tədbirdə 15-ə yaxın iş adamı və Azərbaycanda fəaliyyət göstərən konsaltinq şirkətlərinin nümayəndələri iştirak edib. Təlimin əsas məqsədi strateji planlaşdırma və onun praktiki tətbiqini müzakirə etmək, bu sahədə beynəlxalq təcrübəni artırmaqdır. Təlim AYİB-in “Enterprise” İnkişaf Proqramının baş məsləhətçisi Ejvind Skov tərəfindən keçirilir.

 

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) BAS (Busines Advisory Services) Proqramı vasitəsilə məsləhət xidmətləri layihələrini maliyyələşdirməklə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına köməklik göstərir. Bu proqram Avropa Birliyi tərəfindən maliyyələşdirilir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR