Bank Of Baku

Azərbaycan-İspaniya Ticarət Palatası təsis ediləcək

Azərbaycan-İspaniya Ticarət Palatası təsis ediləcək
# 22 noyabr 2013 11:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın İspaniya Krallığındakı səfirliyi tərəfindən Azərbaycan-İspaniya Ticarət Palatasının yaradılması təşəbbüsü irəli sürülüb.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, hazırda səfirlik tərəfindən həmin palatanın təsis edilməsi və davamlı olaraq fəaliyyət göstərməsi potensialı öyrənilir.

 

Palatanın vəzifələri iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, ispan şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakının təşviqi, Azərbaycan məhsullarının ispan bazarına çıxarılması, qarşılıqlı biznes forumların, ticarət və sərmayə missiyalarının həyata keçirilməsi və iki ölkə əməkdaşlığın inkişafına xidmət edəcək digər tədbirlərin həyata keçirilməsindən ibarət olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR