Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan-Sloveniya Biznes Alyansı yaradılıb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Sloveniyadakı səfirliyinin Twitter səhifəsində məlumat verilib.
Azərbaycan-Sloveniya Biznes Alyansına 37 Sloveniya və 15 Azərbaycan şirkəti daxildir. Avqustda isə bu qurumun Bakıda nümayəndəliyi açılacaq.