Bank Of Baku

Azərbaycan biznes üçün əlverişli ölkələr arasında 73-cü yeri tutur

Azərbaycan biznes üçün əlverişli ölkələr arasında 73-cü yeri tutur
# 15 noyabr 2012 13:32 (UTC +04:00)

 

 

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Nüfuzlu “Forbes” jurnalı biznes üçün əlverişli ölkələrin reytinqini elan edib.

 

APA-Economics”in jurnalın saytına istinadən xəbərinə görə, reytinq tərtib olunarkən Dünya Bankının, Dünya İqtisadi Forumu, Mərkəzi Kəşfiyyat İdarəsi, “Freedom House”, “Heritage Foundation” və “Transparency International”ın məlumatları nəzərə alınıb.

 

Azərbaycan biznes üçün əlverişli 141 ölkə arasında 73-cü yeri tutub. Qonşu ölkələrdən Rusiya 105-ci, Moldova 92-ci, Ermənistan 77-ci, Gürcüstan 50-ci, Qazaxıstan 70-ci yerdə qərarlaşıb. Postsovet ölkələri arasında biznes üçün ən əlverişli məkan Baltikyanı ölkələr – Estoniya (22), Litva (35) və Latviya (40) sayılıb.

 

Qeyd edək ki, siyahı 11 kriteriyaya əsasən tərtib olunub. Bunlar şəxsi azadlıq, investorların müdafiəsi, bürokratiya və korrupsiyanın aşağı səviyyəsi, mülkiyyət hüququ, innovasiyalar, vergilər, texnologiyalar, ticarət azadlığı, səhm bazarının dinamikasıdır.

 

Yeni Zelandiyanın başçılıq etdiyi siyahıda ikinci yeri Danimarka, üçüncü yeri Honqkonq tutub. İlk onluğa Kanada, İrlandiya, İsveç, Norveç, Finlandiya və Böyük Britaniya daxil olub. ABŞ isə bu siyahıda 12-ci yerlə kifayətlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR