Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən iş adamları İspaniyada keçiriləcək sərgilərə dəvət olunub.
«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, fevralın 26-28-də Madriddə Enerji və ətraf mühit üzrə Beynəlxalq Ticarət Sərgisi («Genera-2013»), aprelin 8-11-də Keyfiyyətli Qida və İçkilər Sərgisi («Salon de Gourmets-2013»), oktyabrın 1-3-də Müqavilə və Ofis Mebel Avadanlığının Beynəlxalq Ticarət Sərgisi («Ofitec-2013»), oktyabrın 15-18-də İnfrastruktur, İctimai işlər, Dağ-Mədən Maşınları Sərgisi («Expomatec-2013»), oktyabrın 16-18-də isə Meyvə və Tərəvəz Sənayesi üçün Beynəlxalq Ticarət Sərgisi («Fruit Attraction-2013») keçiriləcək.
Sözügedən sərgilərə Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr dəvət olunur. Tədbirlərdə iştirak etmək istəyənlər İspaniyanın Azərbaycandakı səfirliyinə müraciət edə bilər.