Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dünya Azad Zonalar Konvensiyası təşkilatı tərəfindən CAR-da keçiriləcək «İnvestisiyaların cəlb edilməsi. Biznes biliklərinin və stimulların rolu» və «Qlobal logistika sahəsində zonalar tərəfindən nailiyyətlərin əldə edilməsi və təminat» mövzuları üzrə treninqlərə dəvət olunub.
«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, tədbir martın 7-8-də təşkil olunacaq və treninqlərdə investisiyaların təşviqi ilə məşğul olan agentliklərin, həmçinin bankların nümayəndələri iştirak edə bilər. Azərbaycanda investisiyaların təşviqi sahəsində və bank sektorunda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr treninqlərdə iştirak etmək üçün dəvət olunur.