Bank Of Baku

Dövlət Gömrük Komitəsinin idarə rəisi: «Milli maraqlarımız naminə ÜTT ilə danışıqlarda ehtiyatlı olmalıyıq»

Dövlət Gömrük Komitəsinin idarə rəisi: «Milli maraqlarımız naminə ÜTT ilə danışıqlarda ehtiyatlı olmalıyıq»
# 18 aprel 2013 12:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi Maliyyə-tarif və valyuta tənzimlənməsi Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.

 

Onun sözlərinə görə, bu mərhələdə əsasən üzv ölkələrlə qarşılıqlı öhdəliklər məsələsi müzakirə edilir və bu istiqamətdə intensiv danışıqlar gedir. Bu mərhələ bitdikdən sonra növbəti, 10-cu mərhələdə isə üzv ölkələrlə əsasən prosedura qaydaları müzakirə olunacaq. Ümumilikdə, ÜTT-yə üzvlük prosedura qaydası 13 mərhələdən ibarətdir.

 

M.Vahabov bildirib ki, Azərbaycan ÜTT-yə üzvolma ilə əlaqədar 50-yə yaxın ölkə ilə ikitərəfli danışıqlar aparıb və bu danışıqların yekunu olaraq müvafiq  sənədlər qəbul edilib. İdarə rəisi qeyd edib ki, bu gün Azərbaycana idxal edilən məhsullara tətbiq edilən maksimal gömrük rüsumu 15%-dir: «Baxmayaraq ki, ÜTT-yə üzv olmaqla bağlı ilkin danışıqlar aparılan zaman bu dərəcə 50-60% arasında təklif edilib. Lakin danışıqlar nəticəsində endirilib. Bu gün elə ölkələr var ki, özünün istehsal etdiyi məhsulları Azərbaycana sıfır faizlə idxal etmək istəyir və bu, bizim iqtisadiyyata və kənd təsərrüfatının inkişafına  ciddi  mane olan məsələdir. Bu gün Azərbaycanın qeyri-neft sektoru, xüsusən də kənd təsərrüfatı inkişaf etsə də, heç də tamamilə rəqabət qabiliyyətli məhsul istehsal etmək qabiliyyətinə malik deyil. Ona görə də daxili bazarı və milli maraqlarımız naminə bu danışıqlar mərhələsində ehtiyatlı olmalıyıq».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR