Bank Of Baku

Azərbaycan Gürcüstana pivə ixrac edəcək

Azərbaycan Gürcüstana pivə ixrac edəcək
# 21 noyabr 2012 11:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın vaxtlarda Azərbaycan Gürcüstana pivə ixracına başlamaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın əsas pivə istehsalçısı olan «Baltika-Bakı» şirkətinin baş direktoru Aleksey Skatin bildirib.

 

Onun sözlərinə görə, ötən il ərzində müəssisədə 3,2 mln. dekalitr pivə istehsal olunub ki, 2012-ci il ərzində bu göstərici əhəmiyyətli dərəcədə olmasa da, artacaq: «Bizim əsas səhmdarlarımızdan biri «Carlsberg» şirkətidir və bunu nəzərə alaraq biz Azərbaycanda yeni pivə brendləri – «Carslberg» və «Tuborg» istehsalına başlamaq niyyətindəyik».

 

A.Skatin həmçinin bildirib ki, «Baltika-Bakı»nın planlarına yeni iri layihələrin icrası daxildir və bu layihələrin reallaşmasına kifayət qədər investisiya yatırılacaq. Layihələrə müəssisədə istehsalın təkmilləşdirilməsi və genişləndirilməsi, yeni brendlərin istehsalı və s. daxildir: «Eyni zamanda, biz yaxın gələcəkdə Gürcüstana pivə ixrac etməyə başlamaq niyyətindəyik. Bundan başqa, gələcəkdə Qara və Xəzər dənizləri ölkələrinə də öz məhsullarımızı ixrac etmək fikrindəyik».

 

A.Skatin qeyd edib ki, hazırda «Baltika-Bakı» müəssisəsinin ümumi «Baltika» şirkətinin istehsalında payı 1%-dən bir qədər artıqdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR