Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-aprel aylarında ölkədən 8 418 935,26 min ABŞ dolları həcmində ixrac olunan malların 7 965 845,60 min dolları və ya 94,62%-i dövlət sektoru, 421 132,27 min dolları və ya 5%-i özəl sektorun, 31 957,39 min dolları və ya 0,38%-i isə fiziki şəxslərin payına düşür.
Ölkəyə idxalda əsas yeri isə özəl sektor tutur. Yanvar-aprel aylarında Azərbaycana 3 148 366,65 min dollarlıq idxalın 2 079 569,7 min dolları və ya 66,05%-i özəl sektor, 898 973,12 min dolları və ya 28,55%-i dövlət sektoru, 169 823,83 min dolları və ya 5,4%-i isə fiziki şəxslərin payına düşüb.