Bank Of Baku

Azərbaycan Koreyanın xüsusi iqtisadi zonalar və sənaye parklarının yaradılması təcrübəsini öyrənir

Azərbaycan Koreyanın xüsusi iqtisadi zonalar və sənaye parklarının yaradılması təcrübəsini öyrənir
# 29 dekabr 2012 11:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi» çərçivəsində İqtisadi İnkişaf Nazirliyində koreyalı ekspertlərlə görüş keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Kim Eun-Suk və Koreya Sənaye Kompleksləri Korporasiyasının (KİCOX) Sənaye Yerləşməsi Tədqiqat İnstitutunun icraçı direktoru Jong On Yoon həyata keçirilən layihənin, parklarının yaradılması və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq, Azərbaycan və Koreya arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafından danışıblar. Görüşdə sənayenin yerləşdirilməsi siyasəti və sənaye parklarının inkişafı, onların yaradılma mərhələləri, inkişaf strategiyaları, insan resurslarının gücləndirilməsi və digər məsələlər müzakirə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR