AKİA-dan «APA-Economics»ə verilən məlumata görə, qurumun İdarə Heyətinin iclasında
Bərdədə yerləşən «Prins», İmişlidə yerləşən «Ağan», «Mirqasım», «Azəriinvest», «Aqrointer», Beyləqanda yaradılan «Hacıoğlu», Lənkəranda fəaliyyət göstərən «Cənub» kredit ittifaqları AKİA-ya üzv olublar. Bu kredit ittifaqlarının rəhbərlərinə quruma üzvlüklə bağlı müvafiq sertifikatlar da təqdim edilib.
Bununla da, AKİA-ya üzv təşkilatların sayı 93-ə çatıb.
Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.