Bank Of Baku

Azərbaycan ötən il sahibkarlığın güzəştli kreditləşməsini 60% artırıb

Azərbaycan ötən il sahibkarlığın güzəştli kreditləşməsini 60% artırıb
# 30 yanvar 2013 12:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına 2012-ci ildə maliyyələşən layihələrin ümumi sayı 2011-ci illə müqayisədə 47,2%, güzəştli kreditlərin məbləği 58%, bu layihələr üzrə yaradılan yeni iş yerlərinin sayı isə 40,2% artıb. «APA-Economics»in xəbər verdiyi kimi, bunu iqtisadi inkişafı naziri Şahin Mustafayev bildirib.

 

Ötən il Fondun vəsaitləri hesabına 2 400-dən çox sahibkara 218 mln. manat həcmində güzəştli kredit verilib ki, bunun da 128 mln. manatı və ya 60%-i qaytarılan vəsaitlər hesabına verilib. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 9 100-dək yeni iş yerinin açılmasına imkan verib. Ötən il yeni texnologiyalara əsaslanan 88 layihənin icrası üçün 188 mln. manat güzəştli kredit ayrılıb.

 

Ş.Mustafayev bildirilib ki, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın qəbulundan ötən dövr ərzində 400 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 mln. manatlıq güzəştli kreditlər verilib.

 

Ümumilikdə, ötən il ərzində SKMF tərəfindən güzəştli qaydada maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələri - metal konstruksiyalar zavodu, toxuculuq, parça boyama, tikiş, kağız və karton məhsulları istehsalı fabrikləridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR