Bank Of Baku

Azərbaycan parlamenti «Reklam haqqında» yeni qanun layihəsinin müzakirəsinə hazırlaşır

Azərbaycan parlamenti «Reklam haqqında» yeni qanun layihəsinin müzakirəsinə hazırlaşır
# 06 mart 2013 13:33 (UTC +04:00)

 

Parlamentdən APA-ya verilən məlumata görə, layihənin bu ay Milli Məclisin İqtisadi siyasət Komitəsinə təqdim olunması və komitədə müzakirəyə çıxarılması gözlənilir.

 

Layihədə 1997-ci ildə qəbul olunmuş mövcud «Reklam haqqında» qanun tamamilə yenidən işlənib. Yeni layihədə son 10 ildə Azərbaycan iqtisadiyyatında baş verən yeniliklər və bunun reklam bazarına təsiri, reklam bazarında son zamanlar yaranan problemlərin həlli, o cümlədən seçkilər ərəfəsində namizədlərin reklam qaydalarından istifadə etməsi və s. bu kimi aktual məsələlər təsbit olunub.

 

Sənədin yaz sessiyasının sonuna kimi parlamentin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul olunması gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR