«APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə komitənin bu gün keçirilən toplantısında bildirib.
Onun sözlərinə görə, hazırda Məcəllənin layihəsinin son oxunuşda parlamentin plenar sessiyasında müzakirəyə çıxarılması üçün gərgin iş gedir: «Bununla bağlı parlamentin İqtisadi siyasət və Hüquq komitələrinin iştirakı ilə işçi qrupu yaradılıb və bu qrup ciddi iş aparır. Müqayisə edilir ki, II oxunuşdan sonra bura hansı dəyişiklik edilməlidir».
Z.Səmədzadə bildirib ki, cəmiyyət və ictimaiyyət bu sənədi səbirsizliklə gözləyir. Sənəd ilk növbədə mili maraqlara cavab verməli, eləcə də beynəlxalq əməkdaşlığı gücləndirməlidir.
İclasda iştirak edən millət vəkili Vahid Əhmədov isə Məcəllə ilə bağlı komitələrdə müzakirələrin aparıldığını bildirib və sənədin artıq fevral ayının sonu və ya mart ayında qəbul olunacağını qeyd edib.