«APA-Economics»in məlumatına görə, bura Vergi Məcəlləsinə dəyişikliklər, «Xüsusi iqtisadi zonalar haqqında», «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə», «Sərhəd qoşunları haqqında», «Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında» qanunlara dəyişiklik edilməsi ilə bağlı qanunlar daxildir.
Vergi Məcəlləsinə dəyişikliklər Məcəllənin 188-ci maddəsinin ölkəyə gətirilən malların vergilərdən azad olmasına aid hissəsinin yeni variantda verilməsini nəzərdə tutur. Dəyişikliklərin mahiyyəti Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulan hallarda malların Azərbaycan ərazisinə müvəqqəti idxalının təkmilləşdirilməsindən ibarətdir. Yəni, indiyədək təkrar ixrac üçün ölkəyə gətirilən mallar aksiz vergisindən azad edilmirdisə, indi belə mallar aksiz vergisindən azad ediləcək.
«Xüsusi iqtisadi zonalar haqqında» qanuna dəyişikliklər isə qanunun 17-ci maddəsinin təkmilləşdirilməsini nəzərdə tutur.