Bank Of Baku

Azərbaycan pullu təhsil müəssisələrini ƏDV-dən azad edib

Azərbaycan pullu təhsil müəssisələrini ƏDV-dən azad edib
# 21 dekabr 2012 15:00 (UTC +04:00)

 «APA-Economics»in məlumatına görə, bu, parlamentdə bu gün qəbul olunan «Azərbaycan Respublikasında Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» qanunda nəzərdə tutulub.

 

Məcəllənin 164-cü maddəsinə edilən dəyişikliyə əsasən, ödənişli təhsil xidmətlərinin göstərilməsi ƏDV tutulmayan xidmətlər siyahısına aid edilib. Qeyd edək ki, indiyədək yalnız ödənişli məktəbəqədər təhsil xidmətləri ƏDV-dən azad edilmişdir. Budəfəki dəyişiklik isə təhsilin bütün növlərini və pillələrini əhatə edir.

 

Eyni maddəyə edilən digər dəyişikliyə əsasən, Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün ölkəyə gətirilən qızıl da ƏDV-dən azad edilib. Amma bu dəyişiklik yenilikdən çox, Nazirlər Kabinetinin analoji qərarının Vergi Məcəlləsində də qeyd olunması xarakteri daşıyır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR