Bank Of Baku

Azərbaycan Qazaxıstanın qərb vilayətləri ilə iqtisadi əməkdaşlığı genişlndirir - FOTO

Azərbaycan Qazaxıstanın qərb vilayətləri ilə iqtisadi əməkdaşlığı genişlndirir - <span style="color: red;">FOTO
# 20 iyun 2013 11:33 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanla Qazaxıstan arasında, o cümlədən bu ölkənin qərb vilayətləri ilə iqtisadi əlaqələrin daha da genişləndirilməsi, burada Azərbaycana məxsus logistik mərkəzlərin yaradılması, iş adamları arasında işgüzar əlaqələrin təşviqi, iqtisadi əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələrin aparılması məqsədilə Qazaxıstanın Aktau şəhərində səfərdə olub.

 

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırması naziri Yerbolat Dosayev ilə Ş.Mustafayev arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişləndirilməsi persrektivləri, eləcə də Qazaxıstanın qərb vilayətlərində logistik mərkəzlərin yaradılması məsələləri  müzakirə edilib.

 

Sonra Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib.

 

Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən 250-dən çox iş adamı iştirak ediblər.

 

Nazir Y.Dosayev biznes forum və işgüzar görüşlərin iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini, tərəflərin geniş iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə malik olduğunu vurğulayıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

 

Öz növbəsində nazir Ş.Mustafayev Azərbaycanın Qazaxıstanla ikitərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb, hazırda ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların mühüm rol oynadığını bildirib.

 

Ş.Mustafayev əlavə edib ki, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, 20-dən çoxu iqtisadi sahəyə aid olmaqla ümumilikdə 90-dan çox sənəd imzalanıb: «Azərbaycan-Qazaxıstan əlaqələrinin genişlənməsində indiyədək 9 iclası keçirilmiş hökumətlərarası komissiyanın fəaliyyəti də əhəmiyyətli rol oynayır».

 

Nazir Ş.Mustafayev hazırda Azərbaycanda möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixracatçısına çevrildiyini vurğulayıb.

 

İki ölkə arasında iqtisadi əlaqələr barədə də məlumat verən Ş.Mustafayev bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 42,8% artıb: «Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 37 Qazaxıstan şirkəti uğurla fəaliyyət göstərir. Təkcə Qazaxıstanın qərb regionunda Azərbaycan kapitallı 46 müəssisə qeydiyyatdan keçib».

 

Azərbaycan-Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edən Ş.Mustafayev biznes forumun işgüzar təşəbbüslərin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb.

 

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə, Qazaxıstanın Mangistau vilayətinin akimi Alik Aiderbayev isə vilayətin iqtisadi imkanlarına dair təqdimatlarla çıxış edib.

 

Tədbir çərçivəsində Azpromo ilə Mangistau Akimliyi arasında «Qarşılıqlı əməkdaşlıq haqqında» Memorandum imzalanıb.

 

Səfər çərçivəsində nazir Ş.Mustafayev A.Aiderbayev ilə də görüşüb. Görüşdə Azərbaycanla Qazaxıstan regionları arasında iqtisadi əlaqələrin inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər, logistik mərkəzlərin yaradılması imkanları müzakirə edilib.

 

Qazaxıstana səfər zamanı Azərbaycan nümayəndə heyəti Aktau Beynəlxalq Dəniz Ticarət Limanının və Aktaudakı Xüsusi İqtisadi Zonanın fəaliyyəti ilə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR