Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyasında hollandiyalı ekspertlərlə görüş keçirilib - FOTO

Azərbaycan Sahibkarlar Konfederasiyasında hollandiyalı ekspertlərlə görüş keçirilib - <span style="color: red;">FOTO
# 15 yanvar 2013 14:32 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Avropa ekspertləri ilə görüş keçirilib. Avropa Palataları Assosiasiyasının «East Invest» layihəsi çərçivəsində həyata keçirilən görüşdə ASK əməkdaşları ilə yanaşı, Avropa ekspertləri - Haaqa Palatasının direktoru Eduard van der Lustqraaf və xarici əlaqələr üzrə menecer xanım Pauilen Dirksvager də iştirak ediblər.

 

«APA-Economics»in məlumatına görə, görüşdə ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev Şərq tərəfdaşlığı proqramını Azərbaycannın Avropa Birliyinə daxil olmasında bir vasitə hesab etdiyini bildirib. Baş katib Azərbaycanda beynəlxalq standartların öyrənilməsində böyük rolu olan Şərq tərəfdaşlığı layihəsinə cari ilin fevral ayında keçiriləcək tədbirlərlə yekun vurulacağını qeyd edib.

 

Azərbaycanda ilk dəfə olduğunu deyən Haaqa Palatasının direktoru E.Lustqraaf bildirib ki, Avropa tərəfi sözü gedən layihədə partnyor kimi ASK-nın nümayəndələrini görür. Qonaq daha sonra Azərbaycana səfərlərinin əsas məqsədini açıqlayaraq bildirib ki, tətbiq etdikləri layihənin yeni bir tədbiri olan «East Invest coaching» (treninq növü) haqqında müzakirələr aparacaqlar. Qeyd edək ki, layihə çərçivəsində Kiyevdə məhsul ixracı ilə bağlı, Bakıda bacarıqların inkişafı ilə əlaqədar seminar treninqlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdən sonra Azərbaycan üzrə trenerlər də müəyyənləşəcək ki, onlar regionlarda sahibkarlara treninq keçirəcəklər.

 

Kiçik və orta sahibkarlara beynəlxalq səviyyədə təlimlər keçdiklərini deyən xarici əlaqələr üzrə menecer P.Dirksvager isə bildirib ki, bir neçə ölkədə artıq bu təcrübəni tətbiq ediblər. Belarus, Moldova, İspaniya və Ermənistanda bu cür təlimlər keçirdiklərini bildirən  P.Dirksvager qeyd edib ki, Azərbaycanı da bu siyahıda görmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR