Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabrın 30-da – noyabrın 1-də Kiyevdə (Ukrayna) beynəlxalq qida məhsulları sərgisi keçiriləcək.
«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, iki gün davam edəcək «World Food Ukraine 2013» sərgisinə Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də dəvət olunub.
Sərgiyə 20 ölkədən 200-dən artıq şirkətin qatılacağı gözlənilir. Tədbirdə ikitərəfli görüşlər, təqdimatlar və seminarlar təşkil olunacaq.