Bank Of Baku

Azərbaycan şirkətləri Nürnberqdə keçirilən beynəlxalq sərgidə iştirak edir

Azərbaycan şirkətləri Nürnberqdə keçirilən beynəlxalq sərgidə iştirak edir
# 15 fevral 2013 06:55 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Nürnberqdə (Almaniya) «Biofach-2013» sərgisi və tədris turu keçirilir.

 

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 23-cü dəfə keçirilən sərgidə müxtəlif ölkələrdən 2 mindən çox ziyarətçi və 40 mindən çox ticarət nümayəndələri iştirak edir.

 

«Bu il də ölkəmiz İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə bioorqanik məhsulların yetişdirilməsi və istehsalı ilə məşğul olan yerli sahibkarlar üçün yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyəti olan «Biofach-2013» sərgisində iştirak edir və sərgidə 5 şirkətlə təmsil olunur», - deyə Nazirlikdən bildirilib.

 

Fevralın 16-dək davam edəcək tədbir çərçivəsində Almaniyada yerləşən təşkilatlara, birliklərə, assosiasiyalara və şirkətlərə səfərlər, həmçinin, Mərkəzi və Şərqi Avropada orqanik sektorun inkişafı, orqanik məhsullar üçün Avropa bazarlarında iştirak kimi ümumi təcrübənin öyrənilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR